YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Teatr

Yəqin dəfələrlə teatrda olmuş və gizli bir həyəcanla pərdənin açılmasını gözləmisiniz. Budur, pərdə açılır, gözləriniz önündə başqa bir aləm canlanır. Qeyri-iradi olaraq siz də tamaşanın qəhrəmanları ilə birlikdə, sevinc, kədər hissləri keçirir, baş verən hadisələrin iştirakçısına çevirilirsiniz. 


Teatr təkcə tamaşa göstərilən bina deyil. Teatr incəsənətin xüsusi növüdür.  


Teatr sənəti hər hansı bir hadisəni həyatda baş verə biləcəyi şəkildə ifadə edə bilir.


Teatr Qədim Yunanıstanda yaranmışdır. Əvəllər üzüm yığımının başa çatması münasibətilə təntənəli bayram tamaşaları təşkil edilirdi. Bu bayramlarda ifa olunan mahnılarda dialoq və primitiv teatr elementləri olmuşdur. Həmin vaxtdan teatr xeyli dəyişsə də, o, insanların həyatında həmişə mühüm rol oynamışdır. Teatr insan zəkasının qüdrətini, qüvvətli, cəsarətli hissləri tərənnün edirdi. Bu tamaşalar ədalətsizliyi ifşa edir, mənəvi cəhətdən zəngin insanların xeyirxahlığını, ağlını və sədaqətini göstərirdi.

 
Azərbaycan teatrının yaranmasında xalqın əmək, məişət, şənlik və toy ənənələrininŞ eləcə də dini mərasimlərin böyük rolu olmuşdur.


Qədim “Novruz” mərasimində mühüm epizod təşkil edən “kos-kosa” oyunu dövrümüzədək gəlib çatmışdır. “Kos-kosa” əsl teatrdır; burada ardıcıl süjet, dramatik hərəkət, eləcə də xüsusi paltar geyən və maska taxan aktyorlar var. Xalq arasında qədim zamanlardıan “Qaravəlli” meydan tamaşası, “Kilimarası”, “Şah Səlim” və s. kukla tamaşaları da geniş şöhrət qazanmışdır. 


Azərbaycanda Avropa tipli teatrın tarixi M.F.Axundzadənin 1873-cü ildə Bakıda səhnəyə qoyulmuş “Lənkəran xanının vəziri”, və “Hacı Qara” pyselərinin tamaşasından başlanır. Azərbaycanda tərəqqipərvər ziyalılar (Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Nəriman Nərimanov və b.) teatr sənətinin inkişafı üçün çox böyük iş görmüşlər.


Teatrımız 1920-ci ildən sonra Sovet cəmiyyətinin xüsusi təbliğat növü kimi mövcud olub. Lakin yüksək proffesional sənətkarlığa malik olan rejissor, aktyor və dramaturqlarımızın sənətkarlığını bütün dünyada özünəməxsus maraqla qarşılayıblar. 


Bəs hamını həyəcanlandıran teatr tamaşaları necə yaradılır. Yazıçı-dramaturq onu əhatə edən həyatda nə isə yeni, vacib bir cəhəti görür və  bunu tamaşaçılara çatdırmaq istərir.


O, pyes (faciə, komediya, yaxud dram) yazır. Pyes teatra təqdim olunur, rollar personajların xarakterinə uyğun olaraq aktyorlar arasında bölünür. Sonra gələcək tamaşaya hazırlıq işi, yəni məşqlər başlayır. Rejissor tamaşanın yaradılmasına rəhbərlik edir, teatrın bütün yaradıcı kollektivinin səylərini birləşdirir.


Rəssamın çəkdiyi eskizlər əsasında dekorosiyalar və mebel hazırlanır, kostyumlar tikilir. Bəstəkar tamaşanın musiqisini bəstələyir, teatrın orkestrı isə bu musiqini ifa edir. İşıq ustaları səhnəni işıqlandırır.

Görürsünüzmü, tamaşanı nə qədər adam hazırlayır!


Bizim ölkəmizdə teatr çoxdur, özü də təkcə böyüklər üçün yox,  o cümlədən uşaq teatrları da var. Əgər siz sevimli qəhrəmanlarınızı görmək, onların danışıqlarını eşitmək, başlarına gələn müxtəlif macəraların şahidi olmaq istəsəniz, teatra gedin. Bakıda uşaqlar üçün Dövlət Tamaşaçılar Teatrı, Dövlət Gənclər Teatrı, “Yuğ” teatrı, A.Şaiq adına Dövlət Kukla teatrı və s. teatrlar fəaliyyət göstərir.