YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Atmosfer yağıntıları

Hava hadisələri dedikdə - külək, yağıntı, günəş radiasiyası və s. başa düşülür. Havanın dəyişməsinə səbəb günəş radiasiyasının dəyişkənliyi, hava kütlələrinin yerdəyişməsidir. Hava elementlərinin (rütubət, təzyiq, temperatur) mövcud durumu yaxın günlər üçün proqnoz verməyə imkan verir. Bu məlumatlar əsasında sinoptik xəritə tərtib edilir və havanın gələcəkdə necə olacağını müəyyənləşdirirlər.


Troposferdən yer səthinə maye və bərk halda tökülən su atmosfer yağıntıları və ya yağış adlanır. Havadakı su buxarı havanın rütubətini əmələ gətirməklə yanaşı, müəyyən şəraitdə dəyişilərək yağıntıya çevrilir. Buludun əmələ gəlməsi atmosferin müəyyən qatında su buxarının kondensasiyasını (qaz haldan maye hala keçmə) və sublimasiyasının (qaz haldan birbaşa bərk hala keçmə) baş verməsi ilə əlaqədardır.


Bilavasitə buluddan tökülən - yağış, qar, dolu, havadan tökülənlər isə şeh, qırov, sırsıra hesab olunur. Buxarın maye halına keçməsinə kondensasiya deyilir və bu proses bulud, duman, şeh, yağış əmələ gətirir. Buludun yaranması üçün əsas şərtlərdən biri atmosferdə asılı vəziyyətdə qalan bərk maddələrdir. Bu bərk hissəciklər su damlası üçün kondensasiya nüvəsi rolunu oynayır. Buludlar, əsasən, okean və dənizlərin vasitəsilə əmələ gəlir. Külək vasitəsilə quru üzərinə gətirilir. Buludla örtülülük bal və ya faizlə müəyyən edilir. Buludlar 3 tipə bölünür: topa, lələkvari, laylı buludlar.


Yağıntının miqdarı düşən suyun əmələ gətirdiyi qatın qalınlığı ilə, mm-lə ölçülür. Atmosfer yağıntıları xüsusi cihazlarla (yağışölçən, plüvioqraf və s.) ölçülür.


Yağış ölçən vasitəsilə təyin etmədə qaba yığılan su cizgili qablara tökülür və vahid sahəyə düşən yağıntının mm-lə miqdarı tapılır.


Azərbaycanın bir çox əkinçilik rayonlarında illik yağıntıların miqdarı bitkinin tələbatından xeyli azdır. Buradan aydın olur ki, respublikamızda yağıntıların miqdarı az olan yerlərdə suvarma üçün iri miqyaslı irriqasiya tədbirlərinin görülməsinə böyük ehtiyac var.


Q.Q.Selyaninova görə, ərazinin rütubətlənmə şəraitini müəyyənləşdirmək, həmin ərazinin meliorasiyaya (yaxşılaşdırma tədbirləri) və irriqasiyaya (suvarmaya) olan tələbatını öyrənmək üçün hidrotermik əmsaldan (yağıntıların illik cəminin 10°C-dən yuxarı temperatur cəminə nisbəti) istifadə etməyi təklif etmişdir.


Selyaninova görə, HTƏ-ın qiyməti 1,5-dən çox olan sahələr ifrat rütubətlənən sahələridir. Belə sahələrdə qurutma istiqamətində drenaj işləri aparmaqla torpaqların su-fiziki xassələrinin yaxşılaşdırılması tələb olunur. Əgər hidrotermik əmsal (HTƏ) 1-1,5 arasında olarsa, meliorasiya işlərinin görülməsi tələb olunur. HTƏ 0,5-0,8 arasında müşahidə edilərsə, quraqlığa davamlı bitkilərin əkilməsi; 0,5-dən aşağı olarsa, belə ərazilərdə torpağı süni nəmləndirmək - yəni suvarma işləri aparmaq lazımdır.


Selyaninova görə, HTƏ-ın qiyməti 1,5-dən çox olan sahələr ifrat rütubətlənən sahələridir. Belə sahələrdə qurutma istiqamətində drenaj işləri aparmaqla torpaqların su-fiziki xassələrinin yaxşılaşdırılması tələb olunur. Əgər hidrotermik əmsal (HTƏ) 1-1,5 arasında olarsa, meliorasiya işlərinin görülməsi tələb olunur. HTƏ 0,5-0,8 arasında müşahidə edilərsə, quraqlığa davamlı bitkilərin əkilməsi; 0,5-dən aşağı olarsa, belə ərazilərdə torpağı süni nəmləndirmək - yəni suvarma işləri aparmaq lazımdır.