YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Aqava bitkisi

Çoxillik, həmişəyaşıl bitkidir. Xarici görünüşünə görə bir qədər əzvay bitkisini xatırladır ki, bu da təbiidir. Çünki hər ikisi bir-birinə qohum bitkilərdir. Bitkinin gövdəsi yoxdur və yerüstü hissəsini köklərdən birbaşa inkişaf edən yarpaqlar təşkil edir. Yarpaqları enlidir, böyükdür, xətvari-lansetşəkillidir, çox sulu və ətlidir. Bəzi yarpaqları 2 metrə qədər uzana bilir və ən enli yeri isə 25 sm olur.

 

Üzəri mumabənzər maddə ilə örtülü olur, rəngləri yaşıl, boz-yaşıl, boz-mavidir və bütün kənarları boyu tikanlıdır. Bitkinin yaşama müddəti təxminən 15 ildir və bütün bu dövr ərzində ancaq bircə dəfə çiçək açıb, toxum verir və sonra məhv olur.

 

Bitkinin sonuncu ilində yarpaqların orta hissəsindən uzunluğu 9-10 metr olan nəhəng çiçək daşıyıcısı uzanır ki, bunun da üzərində böyük, süpürgəvari çiçək qrupu əmələ gəlir. Bu çiçək qrupunda isə çox böyük sayda (təxminən 10 000 qədər) qıfşəkilli, sarımtıl çiçəklər toplanmış olur. Çiçəkləmə dövrü 2-3 həftə davam edir.

 

Bitkinin vətəni Cənubi Amerikadır, amma buna baxmayaraq, bir dekorativ bitki olaraq, dünyanın demək olar ki, bütün ölkələrində, o cümlədən də respublikamızda geniş şəkildə əkilib-becərilir.