YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Tunis Respublikası

 

 

 

 

 

 

 

 

Sahəsi: 163610 km2


Əhalisi: 10,5 mln. nəfər (2010)


Əhalinin sıxlığı: 64 nəfər/km2


Paytaxtı: Tunis (2,14 mln. nəfər)


Rəsmi dil: ərəb


Dini etiqad: islam (sünni təriqəti)


Pul vahidi: Tunis dinarı


Dövlət quruluşu: respublika

 


Tunis 1956-cı ildə müstəqilliyini elan etmiş ən kiçik Məğrib (Günbatan) ölkəsidir. Ölkədə Şərq təmtərağı antik incəliklə uzlaşır. Tunis ətraf ərazilərə nisbətən sosial-iqtisadi cəhətdən daha çox inkişaf etmişdir. Tunisin ərazisinin 1/3 hissəsi Böyük Səhrada yerləşir.

Ölkənin şimalındakı Aralıq dənizi sahilindən cənuba doğru getdikcə sıx bitkilərlə örtülmüş dağlar yastı quraq yaylalarla əvəz olu nur. Atlas dağları iki silsilə əmələ gətirir. Onlar dan birində ölkənin ən yüksək nöqtəsi olan Şanbi dağı (1544 m) yüksəlir. Dağlar dənizə tərəf getdikcə alçalır. Dağlardan cənubda bir neçə göl, sonra seyrək vahələri və yaşayış məntəqələri olan səhralar yerləşir. Tunisin mərkəzi hissəsində şorsulu Əl-Cərid (Şott-ƏI-Cərid) gölü vardır. Ölkənin 2/3 hissəsi suvarma tətbiq olunar sa əkinçiliyə yararlıdır. Əsas məhsuldar torpaqlar ölkənin şimalında cəmlənmişdir. Kənd təsərrüfatı bitkilərinə taxıl, meyvə-tərəvəz, üzüm, sitrus bitkiləri, zeytun daxildir. Mal-qara, dəvə, qoyun, keçi saxlanılır. Kənd təsərrüfatı, sənaye, faydalı qazıntıların hasilatı, turizm eyni əhəmiyyətli aparıcı sahələrdir. Sənayenin əsas hissəsi paytaxt ətrafında cəmlənmişdir. Ən çox inkişaf etmiş sahələrə toxuculuq, tikiş, gön-dəri, yeyinti, kimya, qara metal məmulatı istehsalı, fosfor, qurğuşun və neft hasilatı aiddir. 2007-ci ildə ölkəyə 6,7 mln. nəfər turist gəlmişdir.