YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Arif Mehdiyev

Fizika-riyaziyyat elmləri doktoru, professor Arif Şəfaət oğlu Mehdiyev 19 dekabr 1934-cü ildə Bakı şəhərində anadan olmuşdur. Moskvada Rabitə Elektrotexnika İnstitutunu bitirmişdir. Azərbaycan EA-nın həqiqi üzvü olmuşdur. 140-dan artıq çap olunmuş elmi işin müəllifidir. 85 əsəri xaricdə çap olunmuşdur. 19 müəlliflik şəhadətnaməsi, 11 patenti var. Yerin kosmosdan tədqiqinin texniki vasitələrinin işlənib hazırlanmasının elmi prinsiplərini müəyyənləşdirmişdir. Yaratdığı avtomatlaşdırılmış yerüstü məlumat ölçü kompleksləri Yerin peykaltı tədqiqinin elmi-texniki bazasının təminatlılığını təşkil edir.


Arif Mehdiyev 1973-cü ildən etibarən Azərbaycan Elmlər Akademiyasının sonralar Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutuna çevrilmiş “Xəzər” Elmi Mərkəzində elmi işlər üzrə direktor müavini vəzifəsində işləməyə başlamışdır. 1979-cu ildə o, həmin Mərkəzin əsasında yaradılmış Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutunda baş direktorun birinci müavini vəzifəsinə keçirilmişdir. Arif Mehdiyev Birliyin bazasında yaradılmış Azərbaycan Milli Aerokosmik Agentliyinin ilk baş direktoru olmuşdur. Sualtı obyektlərin, boru kəmərlərinin və kommunikasiyaların aşkar edilməsi və vəziyyətinə nəzarət edən avtonom hidroakustik informasiya sisteminin yaradılması və istifadəyə verilməsinə görə 1990-cı ildə Azərbaycan Respublikasının Dövlət mükafatına layiq görülmüşdür.

 

Arif Mehdiyev 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti seçilmişdir. 2002-ci ildən etibarən ömrünün sonunadək o, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri vəzifəsində çalışmışdır.


Akademik Arif Mehdiyev 19 dekabr 2016-cı ildə 82 yaşında Bakıda dünyasını dəyişmişdir. İkinci Fəxri xiyabanda dəfn edilmişdir.