YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Abbas Məhəmmədzadə

Abbas Məhəmmədzadə təxminən 1864-ci ildə tacir ailəsində anadan olmuşdur. İsfahanda fars dilini öyrənmiş, İrəvanda mədrəsədə təhsil almışdır. 1881-ci ildə İrəvanda açılan müəllimlər seminariyasında ərəb və fars dillərindən dərs demişdir. Fars dilini mükəmməl bildiyi üçün onu Fars Abbas deyə çağırırlarmış. 1912-ci ildə Bakıda “Orucov qardaşları” mətbəəsində “Güldəstə” adlı dərsliyi fars dilində çapdan cıxmışdır. 1913-cü ildə onun eyni zamanda Bakıda, Tiflisdə və İrəvanda fars dilində “Bədrağatül-Əftal”(“Balalara hədiyyə”), “Caмоучителъ фарсидкого языка для русских” dərslikləri nəşr edilmişdir. 1918-ci ildə İrəvanda törədilən qırğınlar zamanı Təbrizə pənah gətirmiş və bir il sonra orada vəfat etmişdir.


Onun böyük oğlu Cabbar Məmmədzadə (1882-1937) İrəvan müəllimlər seminariyasını 1902-ci ildə bitirmiş, 1907-ci ildən həmin seminariyada müəllim işləmişdir. 1918-ci ilin avqustunda müəllimlər seminariyası bağlandıqdan sonra Naxçıvana gəlmiş, iki il oradakı ali ibtidai məktəbdə dərs demişdir. Həmin illərdə onun 3 kitabı (“Самоучителъ тюрского языка для русских”, “Самоучителъ русского языка для тюрок”, “Самоучителъ русского языка для персов”) nəşr olununr. O, 1920-ci ildə Bakıya köçmüş və ali məktəblərdə mühazirələr oxumuşdur. 1937-ci ildə “Azərbaycanda tədris metodikası tarixi” adlı əsərinə görə ona pedaqoji elmlər doktoru elmi dərəcəsi verilmişdir. Həmin ilin oktyabr ayında o, həbs olunmuş və güllələnmişdir.


Mirzə Cabbarın oğlu Cəlal Məmmədov (1918-1983) Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirsə də ədəbiyyata meyl etmişdir. Maarif Nazirliyində və “Azərnəşr”də məsul vəzifələrdə işləmiş, sonralar Teleradio Dövlət Komitəsində sədr müavini, “Kommunist” qəzetində redaktor müavini vəzifələrində calışmışdır. 1966-cı ildə “Azərbaycan” jurnalının baş redaktoru təyin edilmiş, 1975-ci ildən ömrünün sonunadək isə Kitab Ticarəti, Poliqrafiya və Nəşriyyat işləri üzrə Dövlət Komitəsi sədrinin birinci müavini vəzifəsində işləmişdir.