YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Tanzaniya Birləşmiş Respublikası

Sahəsi: 945 037 km2


Əhalisi: 45,0 mln. nəfər

 

Əhalinin sıxlığı: 47,6 nəfər/km2

 

Paytaxtı: Dodoma (rəsmi və qanunverici;324 min nəfər); Dar-əs-Salam (inzibati; 2660 min nəfər)

 

Əsas dillər: suaxili, ingilis, nyamvezi, kixexe

 

Dini etiqad: katolik, islam, ənənəvi yerli dinlər


Pul vahidi: Tanzaniya şillinqi


Dövlət quruluşu: respublika

 

Tanzaniya iki hissədən - əvvəllər Tanqanika adlanan materik hissəsindən, Hind okeanında yerləşən Zənzibar, Pemba və Mafiya adalarından ibarətdir. Bu ərazilər 1964-cü ildə birləşdirilərək ölkə təşkil edilmişdir.

 

Tanzaniyanın relyefi müxtəlifdir. Hind okeanının sahilində sıx tropik bitkilərlə örtülən ovalıq yerləşir. Ölkənin çox hissəsini orta hündürlüyü 1200 m-ə çatan, savanna və tropik seyrək meşələrlə örtülən, şimalda daha quraq olan Şərqi Afrika yaylası tutur. Ən isti ayın orta temperaturu 26°C, ən soyuq ayın orta temperaturu 17°C-dir. İl ərzində düşən yağıntıların miqdarı 500-1500 mm-dir. Ölkə ərazisinin 1/3-ni qoruqlar və milli parklar tutur. Meşələr ölkənin 44%-ni örtür.

 

Serengeti milli parkında (1,5 mln.ha) 200-dən çox quş növü, 35 növ məməli heyvanlar, o cümlədən şir, bəbir, fil və çox nadir qara kərgədan yaşayır. Mənzərəli təbiət və heyvanlar aləminin müxtəlifliyi hər il 650 min nəfər turist cəlb edir (2009).

 

Tanzaniyada qızıl, almaz hasil edilsə də, ixracın əsasını kənd təsərrüfatı məhsulları (maniok, banan, qarğıdalı, darı, qəhvə, pambıq, çay, sorqo, yer fındığı və kokos) təşkil edir. Bu sahədə əmək qabiliyyətli əhalinin 80%-ə qədəri çalışır. Hasilat, neft və ağac emalı, sement, toxuculuq, gön-dəri, kustar sənaye sahələri var.