YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Trombon

Trombon (italyan dilində trombone-"böyük trumpet") — bas-tenor registrli mis-nəfəsli musiqi alətidir.

 

“Böyük trumpet” mənasını bildirən trombone aləti həqiqətən də trumpetə (trubaya) oxşayır, ancaq ondan fərqli olaraq, trombonun "kulisa" adlanan siyirtməli, irəli-geri çəkilən borusu var. Onun vasitəsilə musiqiçi xromatik səs sırasının səslərini ifa edə bilər. Trombon güclü, parlaq və təntənəli səslənir. Trombon XIX-cu əsrdə, nəinki orkestrin bir hissəsi kimi, həmçinin solo alət kimi də kifayət qədər geniş yayılmışdır.