YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Amerika qitəsinə insanlar nə vaxt köçüb

Amerikaya insanlar Asiya qitəsindən təqribən 35000-40000 il əvvəl köçüblər. Uzun müddət alimlər bu adamların Amerikaya necə düşmələrini anlaya bilmirdilər. 


İndi aydın olur ki, onlar Amerika ilə Asiyanı ayıran Berinq boğazındakı ensiz su zolağını keçərək oraya düşüblər. 


Həmçinin məlum oldu ki, Asiya və Amerika heç də həmişə okean suları ilə ayrılmayıblar. Bir çox illər əvvəl, böyük buzlaq dövründə Berinq boğazındakı su donurdu və Asiyadan Amerikaya keçmək üçün enli buz körpüsü yaranırdı.


Məhz o zaman Sibir düzlərində yaşayan ovçular Berinq boğazını piyada keçərək Şimali Amerikaya düşüblər. Şimali Amerikadan sonra onlar tədricən Mərkəzi və Cənubi Amerikaya yayılıblar.