Bəhlulun qarğı atı
Bir gün Bəhlul, adəti üzrə, qarğı atını minib gəzirdi. Bir nəfər onu dayandırıb deyir:
- Bəhlul ,sənin hərəkətinə baxanda adamın gülməyi gəlir. Amma çox ağıllı sözlərin və işlərin var. Bunları haradan, kimdən öyrənmisən?
Bəhlul deyir:
- Ağılı dəlilərdən öyrənmişəm. Onlar nə etmişdilərsə, mən etməmişəm, nəyi etməmişlərsə, mən etmişəm.
11.03.2022