Bu maraqlıdır!

Dominonun tarixi

Domino oyununun çoxəsrlik tarixi var. Qədim Çin əfsanələrinə görə, bu oyun artıq XII əsrdə Şərqdə məşhur olub. Onun ilk növü əsasında daha 47 variantı meydana çıxıb ki, həmin oyunlarda istər ağ-qara, istərsə də rəngbərəng daşlardan istifadə olunub. Müxtəlif rənglər daşların üstünlüyünü bildirib. Lakin Koreya və Hindistanda domino daşlarından fala baxmada istifadə olunur. Bu sümük daşlar müqəddəs hesab olunur və prinsipcə onlardan digər məqsədlə istifadə etmək olmaz. 
 
Bu çox maraqlı oyun öz adı ilə dominikan rahiblərinə borcludur. Birincisi, həmin ruhanilərin geyimi – başlıqlı qara bürüncəklər belə adlandırılıb. İkincisi, istənilən işə, o cümlədən oyuna başlamazdan əvvəl Tanrıya həmd və şükr etmək lazım idi ki, bu da “Domino gratias” və ya “Benedicamus domino” adlanıb.