Təbiət

Keçəl Uakari

Keçəl Uakari çox qısa quyruğu ilə xarakterizə olunan kiçik Yeni Dünya meymunudur. Üzü parlaq, qırmızı, başı keçəl, bədəni isə uzun tüklüdür. Keçəl uakarilər Braziliya və Perunun qərbində Amazonda su yaxınlığında məskunlaşırlar.


Orta hesabla 45 sm uzunluğa qədər böyüyür və təxminən 3 kq ağırlığında olurlar. Uakarinin quyruğu bədən ölçüsünə görə çox qısadır və digər Cənubi Amerika meymun növləri ilə müqayisədə kiçikdir.


Keçəl Uakarinin parlaq, qırmızı üzü və tüksüz başı çoxları üçün çox cəlbedici görünməsə də, uakarilərin özləri üçün bunlar cəlbedici xüsusiyyətlərdir. Bu onların sağlam olduğuna işarədir. 

 

Ağız solğundursa, bu, onlarda malyariya xəstəliyinin əlamətidir. Uakarilər ağıllı, oynaq və sosialdırlar, çox vaxt öz duyğularını və niyyətlərini səslər və ya üz-gözləri ilə ifadə edirlər.


Keçəl  Uakarilərin sayı getdikcə azalır və bunun əsas səbəbi meşələrin qırılmasıdır. Çünki  ağacların yüksək təpələrində yarpaqları, qoz-fındıqları, meyvələri və böcəkləri yeyirlər. Ağacların arasında özlərini təhlükəsiz hiss edirlər. Bununla belə, parlaq rənglərinə görə digər primatlara nisbətən onları aşkar etmək daha asandır.


Gündüzlər sürü yemək axtarmaq üçün ayrılır, axşam isə bir yerə yığışaraq gecəni təhlükəsiz keçirirlər.


Öz mühitindən uzaqlaşdıqda çox da uzun yaşaya bilmirlər.


Uakarilər adətən oktyabr və may ayları arasında çoxalır. Dişi Uakari bir bala dünyaya gətirir. İki ildən bir yeni bala doğula bilər. Uakarinin balaları doğulanda inanılmaz dərəcədə kiçik olur, ilk bir neçə ay analarına yapışırlar və yalnız südlə qidalanırlar. Orta hesabla dörd aylıq olanda süddən normal qidaya keçirlər. Keçəl Uakari vəhşi təbiətdə təxminən 20 il yaşasa da, artımları sürətli deyil.