Təbiət

Şahin Dimdikli Tısbağa (Eretmochelys imbricata)

Şahin dimdikli tısbağa Cheloniidae ailəsinə aid dəniz tısbağasıdır. 


Bu tısbağanın uzun, daralmış başı, dimdiyə bənzər ağzı və V formalı alt çənəsi var. Ümumi görünüşü quşa bənzəyir. Çanağının uzunluğu təxminən 60 sm, çəkisi isə 4,50 kq olur.

 

Şahin dimdikli tısbağalar heç vaxt yaşıl tısbağa qədər əhəmiyyətli olmayıb. Buna görə də onların yaşayış mühiti digərlərininki qədər diqqətlə öyrənilməmişdir. 

 

Şahin dimdikli tısbağalar su bitkiləri, xərçəng, balıq və plankton kimi qidalara üstünlük verirlər.Onlar güclü dimdiyi ilə xərçəng və mollyuskaların qabıqlarını qırırlar. 

 

Bu tısbağalar bəzən zəhərli də ola bilər.Bu zəhərin səbəbi şahin tısbağasının adi meduza və zəhərli meduza yeməsidir.

 

Dişi tısbağalar ilin istənilən vaxtında yumurta qoya bilirlər. 50 günə balalar yumurtadan çıxır.