Təbiət

Ölməz Meduza

"Ölməz meduza" kimi də tanınan Turritopsis dohrnii, mülayim və tropik sularda tapılan kiçik, bioloji cəhətdən ölməz meduza növüdür. Bu növ "bioloji cəhətdən ölməz canlılar" kateqoriyasındadır.


Bu kateqoriyadakı canlılar fiziki zorakılığa məruz qalmadıqca heç vaxt ölməzlər və öz nəsillərini əbədi olaraq davam etdirə bilərlər! Bu baxımdan onların kifayət qədər maraqlı heyvanlar olduğunu söyləmək olar.


Ölməz meduza zəng şəklindədir, maksimum diametri təxminən 4,5 millimetrdir, eni və uzunluğu ilə eynidir. 

 

Nisbətən böyük olan mədəsi parlaq qırmızıdır.  Diametri 1 millimetr olan gənc fərdlərin kənarları boyunca bərabər məsafədə yerləşdirilmiş cəmi səkkiz “çadır” (Tentacle- bəzi heyvan növlərində, əksəriyyəti onurğasızlarda mövcud olan çevik, hərəkətli və uzunsov orqandır.)  var, böyüklərdə isə 80-90 “çadır” var. 

 

Tədqiqatçılar qeyd ediblər ki, bu növün bəzi nümayəndələri təxminən 66 milyon ildir yaşayır, onlar dinozavrların nəsli kəsilmədən əvvəl doğulublar. Alimlər meduzaları tədqiq edərək, onların əks istiqamətdə qocalması qənaətinə gəliblər. Çox qocaldıqda və ya zədələndikdə, meduza polip mərhələsinə geriləyir və sonra yenidən böyüyür. Bunun üçün o, “çadır”larını udur və dənizin dibində hüceyrələr toplusuna çevrilir.

 

Zooloqlar bu dövrü laboratoriyada təkrarlaya biliblər. Məlum olub ki, meduzalar iki il ərzində 10 dəfəyə qədər polip mərhələsinə qayıdır. Tədqiqat zamanı alimlər qocalma və DNT ilə əlaqəli mindən çox geni müəyyən edə biliblər.

 

Əlavə genetik analizlər əbədi həyatın altında yatan hüceyrə mexanizmlərinə işıq salmağa kömək edəcək.