Təbiət

Abanos ağacı

Abanos Ebenaceae fəsiləsinə aid tropik bölgələrdə böyüyə bilən ağac növüdür. Ondan ən davamlı mebellər hazırlanır.Sıx teksturalı ağacı kəşf edənlər yüz illər boyu ondan əldə etdikləri materialla piano, skripka və violonçel istehsal etmişlər; Mebel, saat və şahmat dəstləri və bir çox digər bəzək əşyalarında üzlük kimi istifadə olunur.

 

Abanos ağacının hündürlüyü 10 metrə çata bilər. Gövdəsi son dərəcə möhkəmdir. Qədim dövrlərdə də rast gəlinən bu ağacdan möhkəmliyinə  görə hətta  mismar düzəldilib istifadə olunurdu.

 

Abanos  həm möhkəm, həm də çox faydalı ağacdır. 

 

Şərqi və Cənub-Qərbi Asiyanın, Afrikanın və Amerikanın tropik bölgələrində ağacın 240-a yaxın növü var və Seylon, Hindistan və Afrikada bitən  növlər son dərəcə qiymətlidir. 

 

“Qırmızı Abanos”  Madaqaskar adasında, ən ağır növü olan “yaşıl Abanos” Tobaqo və Qərbi Hindistanda bitir. 

 

Misirdə aparılan qazıntılarda tapılan taxta əşyaların əksəriyyəti Afrika Abanosundan hazırlanmışdır.

 

Abanos qiymətli ağac olsa da, hazırda nəsli kəsilmək təhlükəsi altındadır.