Xəbərlər

Bakı məktəbliləri Astronavtika Konqresində

Paytaxt məktəbliləri Bakının ev sahibliyi etdiyi 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsindən keçirilən sərgidə iştirak ediblər.

 

Bu barədə AZƏRTAC-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

 

Konqres çərçivəsində keçirilən “Beynəlxalq astronavtlar proqramı”na uyğun olaraq ümumi təhsil məktəblərində, inklüziv inkişaf, uşaq və gənclər mərkəzlərində görüşlər də təşkil olunub. Görüşlərin keçirilməsində əsas məqsəd yeniyetmə və gənclər arasında kosmos sahəsinə, yüksək texnologiyalara marağın artırılmasından ibarətdir.

 

Görüşlər zamanı vurğulanıb ki, Azərbaycanın kosmos sahəsində dünyanın ən nüfuzlu tədbirinə 50 il sonra yenidən ev sahibliyi etməsi yeniyetmə və gənclərin elmə, texnologiyaya marağının artmasına təkan verəcək.