Xəbərlər

Bakı Avropa liseyində Elşad Məmmədovla görüş baş tutub

Oktyabrın 12-də Bakı Avropa liseyində görkəmli elm xadimi, iqtisad elmləri doktoru, professor Elşad Məmmədovun kollektiv və şagirdlərlə görüşü baş tutub.

 

Professor təhsil müəssisəsində yaradılan şəraitlə yanaşı, tədris prosesi ilə də tanış olub.

 

“Dünya iqtisadiyyatının inkişaf istiqamətləri: gələcək iqtisadçılar üçün prioritetlər” mövzusunda mühazirə oxuyan Elşad Məmmədov sonda, lisey şagirdlərinin suallarını cavablandırıb.