YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Anqola

Anqola Respublikası Afrikanın qərbində Atlantik okeanı sahilində yerləşən böyük dövlətdir. Anqolada zəngin almaz yataqları vardır. XV əsrin sonlarında burada Konqo dövləti ilə ittifaqda olan Vantu adlı qəbilə yaşayırmış. Ölkə Konqo kralının vassalı Anqolun adını daşıyır. 

 

Anqola 1482-ci ildən Portuqaliyanın müstəmləkəsi idi. 1960-cı ildə yerli əhali portuqallara qarşı üsyan qaldırdı və müharibə başlandı. 1975-ci ildə Portuqaliya Anqolaya tam müstəqillik verdi. Bu zaman yerli siyasi qruplaşmalar arasında hakimiyyət uğrunda qanlı mübarizə başlandı. Onlardan bəzilərinə xarici qoşunlar yardım göstərirdi. Müharibə 1992-ci ildə, hökumət üsyançılarla sülh bağladıqdan sonra sona yetdi. Amma sülhü qorumaq cəhdlərinə baxmayaraq, toqquşmalar indi də davam edir.