YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

İncəsənət

İncəsənət - ictimai şüur formalarından biridir. Bəşəriyyətin mənəvi mədəniyyətinin tərkib hissəsidir və praktik mənəvi qavramanın spesifik növüdür. Gercəkliyin bədii əksi kimi görmə obrazlarında (təsviri incəsənət, memarlıq), səs obrazlarında (musiqi), sözdə (ədəbiyyat), həmçinin incəsənətin müəyyən növlərində sintez ilə (teatr, kino) müəyyən olunur.


İncəsənətin növləri məqsədə uyğun şəkildə təsnifləşdirilmişdir. İncəsənətin bir neçə növləri onun maddi ehtiyaclarını təmin edir (sənətin bütün növləri, tibb, əkinçilik, mədəniyyət, gimnastika).


Bədii incəsənət isə asudə vaxt üçündür (musiqi, rəqs, poeziya). İncəsənətin bəzi növləri isə xüsusi bədii utilitar vəzifələri ilə bağlıdır. İncəsənət əsərlərinin yaradıcıları rəssamlar kimi tədricən üzə çıxmışlar. Əvvəl onların fəaliyyəti müxtəlif əşyaların istehsalçılarının əməyindən seçilmirdi. Məsələn: gildən hazırlanan qab vacib təsərrüfat
əşyalarından biri idi və yarandığı gündən o sənət əsərinə dönərək, gözəllik təsəvvürü yaradır.

 

İncəsənət əsərinin yaranması xüsusi prosesdir, onun yaradıcısı estetik qanunları bilməli, bədii vasitəyə və texniki üsullara yiyələnməlidir. Bütün əsərlər biri-birindən seçilirlər, çünki yaradıcı öz fantaziyasına tabe olur. Amma incəsənət əsərinin yaranması yaradıcılıq prosesidir, o müəyyən vaxtın qanunlarında və təsəvvürlərində yaranır. Ona görə incəsənət estetik funksiyalardan başqa tərbiyəedici, maarifləndirici, dərkedici funksiyasını daşıyır.


İncəsənət əsrlər boyu inkişaf edib və dəyişib. Antik dövrdə incəsənətin üslub anlamı yaranır. Əşya ilə ətrafı əhatə olunmuş insanı vəhdət birləşdirir (monumental memarlıqdan və heykəldən, məişət əşyalarına, geyimə qədər). Həmin dövrdən incəsənət əsərlərinin yaradıcıları - heykəltaraşlar, rəssamlar, memarlar meydana gəlir.


Orta əsrlərdə vəziyyət getdikcə dəyişir. Bədii üslubların monolitliyi qalmaqla, incəsənət sənət istehsalatı prosesi ilə birləşir. İncəsənət əsəri qiymətli mala çevrilir.


Yalnız İntibah dövründə yaranan incəsənət əsərləri insanın xüsusi fəaliyyət sahəsinə çevrilir. Poeziyada və musiqidə olduğu kimi memarlıqda, heykəltaraşlıqda, rəngkarlıqda onlar azad rəssam olur.