YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Körpü

Körpülər çayların, dərələrin və başqa maneələrin üstündən yol çəkmək işinə xidmət edirlər. İlk körpü rolunu çayların və yarğanların üstündən atılan ağac gövdələri oynayıblar.

 

İlk böyük körpüləri Qədim Romada tikməyə başladılar. Romalıların tikdirdikləri bəzi körpülər bizim günlərə qədər qalıblar. Orta əsrlərdə çox vaxt körpülərin üstündə evlər və dükanlar tikirdilər. İlk dəmir körpülər XVIII əsrdə yarandılar. XIX əsrin sonunda körpülərin tikilməsi üçün poladdan istifadə etməyə başladılar. İndi üç növ: tirdən düzəldilmiş, tağşəkilli və asma körpülər mövcuddur.

 

Tirdən düzəldilmiş müasir körpü eynilə ağac gövdəsindən düzəldilmiş sadə körpülərin quruluşuna malikdir. Bəzən belə körpünün ortasına dayaqlar qoyurlar.

 

Tağlı körpü bir və ya bir neçə tağdan ibarətdir. Keçmişdə tağlı körpüləri daşdan tikirdilər, indi isə onları poladdan və ya betondan tikirlər.

 

Asma körpülər yüksək dayaqlara bərkidilmiş qalın polad trosların üzərində dururlar. Bu dayaqlar elə o cür troslarla yerə də bərkidilirlər.