YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Tibb

Tibb-müalicə və sağlamlıq haqqında elmdir. Tibbə bütün xəstəliklərin və pozulmaların profilaktikası, diaqnostika və terapiyası daxildir. Qədim həkimlər cadugər dava-dərmanına, dualara və amuletlərə inanırdılar. 5000 il əvvəl Çində akupunktura yarandı. Qədim Yunanıstanda həkimlər pasientləri müayinədən keçirərək onlara otlardan hazırlanmış dərmanları məsləhət görürdülər. Amma tibb bir elm kimi XVIII əsrə qədər, yəni həkimlər insan orqanizminin necə işləməsini öyrənənə qədər inkişaf edə bilmədi.

 

Son 200 ildə tibbin qazandığı nailiyyətlər bəşəriyyətin bütün tarixi boyu qazandığı tibbi biliklərdən qat-qat çoxdur. XIX əsrdə ağrıkəsici dərmanların yaradılması cərrahiyyədə görünməmiş inkişafa səbəb oldu. Alimlər antibiotiklər kimi başqa vacib maddələri tapdılar və vərəm, çiçək kimi xəstəlikləri, demək olar ki, aradan qaldırdılar. Bu gün həkimlər ürək, böyrək, qaraciyər kimi orqanların transplantasiyasını (köçürülməsini) həyata keçirirlər. Müasir xəstəxanalar rentgenoqrafik aparatlar, ultrasəs skanerləri, kompüter tomoqrafiyası və süni tənəffüs aparatları kimi mürəkkəb texnika ilə təchiz olunublar.