YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Süxurlar

Bizim planetimiz böyük br süxur şarına bənzəyir. Süxurlar Yer kürəsinin müxtəlif formalarını- dağları, dərələri və düzənlikləri yaradır. Süxurlar irihəcmli və ya qum dənəciyi şəklində kiçik ola bilər. Bunların hamısı əvvəlcə mantiya daxilində yaranıblar.

 

Süxurlar müxtəlif minerallardan təşkil olunub. Hər hansı süxura diqqətlə baxdıqda onun tarixi haqqında çox şey demək olar. Kristalların formasına görə süxurların üç növü fərqləndirilir: vulkanik (maqmatik), metamorfik və ya çökmə.

 

Maqmatik süxurlar- Yerin daxilində ərimiş şəkildə təsadüf olunur və bu süxurlar Yer qabığında ən çox rast gəlinən süxurlardır. Onların bəziləri lava şəklində Yerin üst səthinə çıxır, digərləri isə yerin altında bərkiyir.

 

Süxurların soyuma sürəti üstlərində olan kristallar vasitəsilə müəyyən olunur- böyük kristallar süxurun soyuma sürətinin aşağı olmasını göstərir.

 

 

 

Metamorfik süxurlar- Bu süxurlar ilk əvvəl digər şəkildə mövcud olsalar da, Yer qabığının dərinliklərində yüksək temperatur, təzyiq və ya hər ikisinin təsirindən dəyişir. Eyni zamanda, ilk süxurlarda olan minerallar da öz tərkibini dəyişir. Bu süxurlar, adətən, əyilmiş və ya sıxılmış lent şəklində mövcud olur.

 

Çökmə süxurlar- Maqmatik süxurların xarici təsirlər nəticəsində ( hava, su, külək və s.) kiçik parçalara bölünməsilə meydana gələn süxurlara deyilir. Hissələr eyni ölçüdə və ya fərqli ölçülərdə ola bilərlər. Bunlar qatlarda toplanır və üst qatlardakı təzyiq onları sıxaraq möhkəm dağ süxurlarını yaradır.