YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Rembrandt

Rembrandt van Reyn (1606-1669) böyük holland rəssamlarından biri olmuşdur. O, öz şagirdlərinin köməyi ilə böyük emalatxana təşkil edir və yağlı boya ilə çəkilmiş 650 gözəl rəsm əsəri, 2000 rəsm və eskiz, 300 qravüra yaradır.

 

Rembrandt ən çox bütün ömrünün böyük bir hissəsini yaşadığı Amsterdam şəhərinin sakinləri olan varlı şəhərlilərin portretlərini çəkib. Başqa rəssamlardan fərqli olaraq Rembrandt hələ sağlığında məşhurlaşıb. Amma son illərdə varlı adamlar daha onun çəkdiyi əsərləri almırdılar. Bu, onunla bağlı idi ki, Rembrandt öz iş üsulunu dəyişmişdi. O, özünün ən yaxşı əsərlərini ömrünün son illərində yaratsa da, öz həyatını yoxsulluq içində və hamı tərəfindən unudulmuş bir vəziyyətdə başa vurub.