YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

İbrahimova Elza

Elza İbrahimova 1938-ci ildə Hacıqabul şəhərində anadan olmuşdur. Kiçik yaşlarından musiqiyə həvəsini və görünür, istedadını hiss edən valideynləri onu 8 saylı musiqi məktəbinə qoyurlar. Sonra Asəf Zeynallı adına musiqi məktəbini, daha sonra Azərbaycan Dövlət Konservatoriyasını bitirən Elza İbrahimova Cövdət Hacıyevdən, Qara Qarayevdən dərs alır. 

 

Bəstəkar Qarabağ mövzusunda “Yanan laylalar”, Hüseyn Cavidin “Afət” poeması əsasında operalarının, neft sənayesinin 130 illiyinə həsr olunmuş “Neftçilər himni”nin, Şeyx Şamilin 200 illiyinə həsr olunmuş operanın, Bəxtiyar Vahabzadənin, Vahid Əzizin, Vaqif Səmədoğlunun, Rüzgar Əfəndiyevanın, Ramiz Heydərin şeirlərinə yazılmış yüzlərlə mahının müəllifidir. 


Elza İbrahimova 1969-cu ildə ilk mahnısını bəstələyir. Məmməd Rahimin sözlərinə bəstələnmiş "Yalan ha deyil" mahnısının ilk ifaçısı Şövkət Ələkbərova olur.


Yaradıcılığı təkcə estrada janrı ilə kifayətlənməyən bəstəkar diplom işi üçün yazdığı fortepiano və orkestr üçün üçhissəli konsert, "Afət", "Şeyx Şamil" və "Yanan laylalar" operalarının, həmçinin Azərbaycanda neft sənayesinin 130 illiyi münasibəti ilə neftçilərə həsr olunmuş himnin də müəllifidir.


Yaradıcılığında bir-birindən maraqlı, orijinal mahnılarla bərabər romanslar, sonatalar, kvartetlər də bəstələyib. 


1992-ci ildə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi adına layiq görülmüşdür.


2008-ci ildə Azərbaycan Respublikasının xalq artisti adına layiq görülmüşdür.


Uzun sürən xəstəlikdən sonra 11 fevral 2012-ci ildə 74 yaşında vəfat etmişdir. Bəstəkar İkinci Fəxri Xiyabanda dəfn olunmuşdur.