YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Abstrakt incəsənət

Abstrakt incəsənətdə insanlar, əşyalar, peyzaj əslində göründükləri kimi təsvir olunmur. Abstraktsionist rəssam üçün lazım olan əsas amil formalar və rənglərdir. O, insanların köməyi ilə ən müxtəlif fikirləri və hadisələri öz işlərində ifadə edir. Abstrakt incəsənət əsərləri parlaq və ifadəli, olduqca zərif və gözəl ola bilərlər. Abstrakt rəngkarlıq, qrafika, heykəltəraşlıq mövcuddur.


Abstrakt incəsənətə müxtəlif xalqların mədəniyyətində, xüsusilə Afrika qəbilələrinin və Avstraliya aborigenlərinin mədəniyyətində geniş rast gəlmək olar. Avropada ilk abstrakt əsərlər XX əsrin əvvəllərində Fransada və Rusiyada meydana çıxmışdır. 1950-ci illərdə dünya abstrakt incəsənətinin mərkəzi Amerika Birləşmiş Ştatları, xüsusilə də onun ən böyük şəhəri Nyu-York olmuşdur. Bir çox rəssamlar-Pablo Pikasso, Cekson Polk, Kazimir Maleviç, Vasili Kandinski  abstraktsionist olublar.