YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Mars

Mars planeti Yerdən təqribən iki dəfə kiçik olmaqla ona ən yaxın planetdir. Günəşin ətrafında bi dəfə dövr etmək üçün ona iki il vaxt lazımdır. Planetdə nəhəng vulkanlar və Yerdə olduğundan daha böyük, dərin vadilər var. Qırmızı rəngli, tozlu səthinin çox hissəsi daşlarla örtülü olan Marsa elə buna görə də "qırmızı planet" deyirlər.  Planetin Şimal və Cənub qütbləri var- onların hər ikisi qalın buz təbəqəsi ilə örtülmüşdür. Planetin nazik atmosferi demək olar ki, ancaq karbon qazından ibarətdir, buradakı güclü küləklər isə toz fırtınaları yaradır. 

 

Əgər Marsa teleskopla baxsaq, onun qırmızı səthinin üstündə nazik boz xətlər görə bilərik. İlk astronomlardan bəziləri düşünürdülər ki, bu xətlər Marsda yaşayan şüurlu məxluqların torpağı suvarmaq və ya irriqasiya üçün qazdıqları kanallardır. Amma 1965, 1969 və 1976-cı illərdə Marsa göndərilən zondlar heç bir kanal aşkar etmədilər. Amerika Birləşmiş Ştatlarına məxsus "Vikinq" kosmik gəmiləri planetə endilər və torpaqdan nümunə götürdülər, amma heç bir həyat əlamətinə rast gəlmədilər.

 

Marsın iki balaca peyki var- Fobos və Deymos. Bunlardan daha böyüyü olan Fobusun eni cəmi 24 km-dir. Çox ehtimal ki, hər iki peyk Mars tərəfindən cəzb olunmuş və bu planetin ətrafında fırlanmağa başlamış asteroidlərdir.