YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Ağacdələn

Ağacdələnlərin təqribən 200-ə yaxın növü var. onlar dünyanın çox yerlərində yaşayırlar, amma ən çox onlara Şimali və Cənubi Amerikada, Asiyada rast gəlmək olar. Azərbaycanda da ağacdələnin bir neçə növü yaşayır. 


Ağacdələnin iti və uzun möhkəm dimdiyi olur. Onun köməyi ilə ağacların qabığında dəlik aça bilir. Ağacdələn bu dəliyə öz uzun dilini soxaraq qabığın içində gizlənmiş həşəratları yeyir. Onların bəzi növləri öz yuvalarını ağacdakı oyuqlarda düzəldirlər.


Ağacdələnlərin əksəriyyəti parlaq rənglərə və başlarında ləkəyəoxşar xallara malikdirlər.


Qizili ağacdələn Birləşmiş Ştatların cənub qərbində yerləşən səhralarda yaşayır. O öz yuvasını nəhəng kaktus-seresusun gövdəsində düzəldir.