Ağırlıq qüvvəsi
Ağırlıq qüvvəsi-hər şeyi Yerin mərkəzinə cəzb etməyə çalışan qüvvədir. Məhz ağırlıq qüvvəsi əşyaları yerə düşməyə məcbur edir, bizə kosmosa uçub getməyə imkan vermir və Ayı Yerin ətrafında fırlanmağa məcbur edir. Biz əşyanın çəkisini ölçəndə yer nüvəsinin bu əşyanı hansı qüvvə ilə aşağı dartdığını öyrənirik. Əşyaların ibarət olduğu maddələr bir-birlərinə nə qədər çox sıx yapışmış olsalar, bir o qədər ağır görünürlər.
Bütün planetlər və ulduzlar qravitasiya adlanan cazibə qüvvəsinə malikdirlər. Ulduz və ya planet nə qədər böyük və sıxlığı da nə qədər çoxdursa, həmçinin başqa obyektə nə qədər yaxındırsa, onu özünə bir o qədər güclü şəkildə cəzb edəcəkdir. Günəş planetlərdən xeyli uzaqdadır, amma o qədər böyükdür ki, onun qravitasiya planetləri tutub saxlayır və onun ətrafında fırlanmağa məcbur edir.
23.04.2019