YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Akupunktura

Akupunktura bədənin müxtəlif yerlərinə nazik iynələri sancmaqla aparılan müalicə üsuludur. Adətən iynələr pasientin bədəninə o qədər də dərin sancılmır. Akupunktura Çində 5000 il əvvəl icad olunmuşdur və bu günə qədər tətbiq olunur. Son zamanlar o, tibbin alternativ bir sahəsi kimi bir çox ölkələrdə qəbul edilmişdir. Ondan ən çox baş ağrılarının, astmanın və artritin müalicəsində istifadə edilir.