YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Albatros

Albatros həyatının çox hissəsini okeanın üzərindəki havada keçırən böyük quşdur. Albatrosların 14 müxtəlif növü mövcuddur. Onların əksəriyyəti ekvatordan cənubda yaşayır. Albatros dalğaların üzərində əzəmətlə süzərək quruya ancaq çoxalmaq üçün və ya güclü fırtınalar zamanı oturur. Çox vaxt albatroslar gəmilərin arxasınca uçur və onların suya atdıqları qida ilə qidalanırlar. Albatroslar suda oturaraq yatırlar. Əsasən kalmar, balıq və meduzalarla qidalanırlar. Albatros çoxlu miqdarda dəniz suyu içir, onun başında orqanizminə su ilə birlikdə daxil olan duzu xaric etmək üçün xüsusi vəzilər vardır. Hər il yüzlərlə albatros balıqçı torlarına ilişərək məhv olur. Nəticədə albatrosların sayı azalaraq nadir quşa çevrilmişdir.