YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Bayquş

Bayquşlar yırtıcı gecə quşlarıdır. Onlar bir çox xüsusiyyətlərinə görə gündüz yırtıcı quşlarına bənzəyir, ancaq onların qohumu sayılmırlar. Bayquşlara ən yaxın tutuquşular və çobanaldadanlardır.
 
 
Onların gözəl eşitmə qabiliyyətləri  vardır. Bu bayquşlara ovlarını gecə qaranlıqda asanlıqla tapmağa kömək edir.
 
 
Bayquşların gözləri bir çox quşlardan fərqli olaraq başının böyürlərində deyil, qabaqda yerləşir. Bayquş arxasında nə baş verdiyini görmək istəyirsə, o, sadəcə olaraq başını öz oxu ətrafında döndərir, özü isə hərəkətsiz qalır.
 
 
Bayquşların lələkləri digər quşların lələklərindən çox fərqlidir. Lələyin üzü tam bitişmir, ucları isə saçaqlıdır.
 
 
Onların baş barmağı çox hərəkətlidir və onlar bir silah kimi gündüz yırtıcılarının pəncəsindən çox təsirlidir.