YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Göllər

Yer üzərində suyun böyük dövranının həlqələrindən biri də göllərdir. Azərbaycan dünyanın ən böyük gölü olan Xəzərin sahilində yerləşir.
Gölün yaranması üçün çökəklik tələb olunur. O, göl çuxuru adlanır. Bu çüxura su toplanır və göl yaranır.

 

Əmələ gəlməsinə görə göl çuxurları müxtəlif olur:

 

Tektonik 
Göl çuxurlarının əksəriyyəti tektonik proseslər nəticəsində əmələ gəlir. Onları tektonik mənşəli göl adlandırırlar. Yer səthindəki çatlarda yaranan belə göllər dərin olur. Dünyanın ən dərin Baykal, Tanqanika gölləri buna misal ola bilər.

 
Vulkanik
Bəzi göllər sönmüş vulkan kraterlərində yerləşir. Onlar da tektonik proseslər nəticəsində əmələ gəlir. Qarabağ vulkanik yaylasındaki Böyük Alagöl, Kiçik Alagöl belə göllərdəndir.

 
Axmaz
Axmazlar çayların dərəsində formalaşır. Zaman keçdikcə çaylar öz axın istiqamətini dəyişir və köhnə yataqda göl yaranır. Azərbaycan ərazisində ən böyük göl – Sarısu gölü axmazdır.

 
Uçqun 
Güclü zəlzələdən qayaların uçaraq çay dərələrinin qarşısını kəsməsi nəticəsində uçqun və ya bənd gölləri əmələ gəlir. Göygöl, Maralgöl belə göllərdəndir.

 
Göllərin bəzilərindən çaylar başlaya bilir. Onlara axarlı göllər deyilir; məsələn: Baykal gölü. 

Bəzi göllər isə qapalı olur. Onlar axarsız göllərdir. Yer kürəsinin ən böyük gölü olan Xəzər buna misal ola bilər. Xəzər qədim okeandan qalmış su hövzəsidir. Buna görə də Xəzər relikt göl hesab olunur. Böyüklüyünə və canlı aləminə görə Xəzərə dəniz deyirlər.


Göygöl Azərbaycanın qərbində yerləşir. 1139-cu ildə Gəncə yaxınlığında baş verən dağıdıcı zəlzələ zamanı yaranmışdır. Zəlzələ nəticəsində Kəpəz dağının zirvəsi dağılmış və Ağsu çayının qarşısı kəsilmişdir. Gölün dərinliyi 96 m-dir, onun suyu şirindir. Təbiətin bütövlüyünü qorumaq məqsədi ilə 1965-ci ildə gölün ətrafında Göygöl Dövlət Qoruğu (Milli park) yaradılmışdır. 

Masazır gölü Abşeron yarımadasında yerləşir. Göl yer səthində yaranan çökəklikdə suyun toplanması nəticəsində yaranmışdır. İl ərzində Masazır gölünün sahəsi böyüyüb-kiçilir. Gölün suyu duzludur. Göl sahillərində bitki aləmi kasıbdır. Sahildəki Masazır qəsəbəsində duz emalı zavodu vardır. Son vaxtlar gölün sahilində yaşayış massivi tikilmişdir.