YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Almaniya

XIX əsrin sonuna kimi Almaniya ayrı-ayrı dövlətlərdən və ayrıca hakimi olan şəhər dövlətlərdən ibarət idi. Onların arasında ən güclüsü olan Prussiyanın baş naziri Otto fon Bismark (1815-1898) bütün alman dövlətlərini birləşdirdi. Birləşmiş Almaniya böyük millətə çevrildi, amma İkinci Dünya müharibəsindən sonra onun ərazisi iki ölkəyə- Qərbi Almaniya və Şərqi Almaniyaya bölündü. Şərqi Almaniyaya hakimiyyətdə Kommunist Partiyası olan sosialist ölkəsi idi və Sovet İttifaqı ilə bağlı idi. İki Alman dövləti 1990-cı ilə kimi bölünmüş vəziyyətdə qaldılar və nəhayət, federal hökumətin hakimiyyəti altında birləşdilər. 


Almaniya Avropanın mərkəzində yerləşir və Qərbi Avropa ölkələri arasında əhalisinin çoxluğuna görə birincidir. Tarlalar və şəhərlər ölkənin şimalındakı düzənlikdə yerləşir, cənub isə başdan-başa meşəli dağlarla örtülüdür. Cənubda yerləşən Alp dağlarının ən uca zirvələri dəniz səviyyəsindən minlərlə metr yuxarıdadır. Reyn, Elba və Oder Almaniyanın ən iri çaylarıdır. onlar Şimala tərəf-Baltik və Şimal dənizlərinə axırlar. 


Birləşənə qədər Qərbi Almaniya və ya AFR Avropanın ən zəngin ölkəsi idi. Onun mədən sənayesi və zavodları Qərbi Avropanın hər hansı bir ölkəsindən daha çox daş kömür, polad, avtomobil və televizor istehsal edirdi. Ərazisinə görə Qərbi Almaniyadan iki dəfə kiçik olan Şərqi Almaniya da şaxta və zavodlara sahib idi, amma onların çox hissəsi köhnəlmiş və qeyri-məhsuldar idi. Varlı Qərblə o qədər də varlı olmayan Şərqi hissə birləşən zaman onların qarşısına bir sıra problemlər çıxdı. Şərqi Almaniyada qiymətlər qalxdı və zərərlə işləyən müəssisələr bağlandığına görə çox adam işini itirdi. Birləşmə ilə əlaqədar xərcləri kompensasiya etmək üçün vergilər artırıldı. Buna baxmayaraq, Almaniya əvvəlki kimi çiçəklənən ölkədir və alman xalqı bütün çətinlikləri aradan qaldırmaq üçün birləşərək işləyir.