YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Yağıntı

Su buxarı havada daim mövcuddur. Bu, havanın rütubətliliyi adlanır. Su buxarının miqdarı kinozalda olan uşaqların sayı kimi müəyyən həddə qədər ola bilər. Daha sonra hava su buxarı ilə doyur. Müəyyən hündürlükdə havanın temperaturu azalır, oradakı su buxarı su damcılarına çevrilir və buludun “içinə yerləşir”. Su damcılarının miqdarı artdıqca isə damlalar böyüyür və ağırlaşır. Onların havada “asılı” vəziyyətdə qalması “çətinləşir” və su buxarı atmosfer yağıntıları şəklində Yerə düşür.

 

Yağış – damlaları kiçik və uzun müddət yağarsa – narın, iridamlalı, güclü və qısamüddətli olduqda isə leysan adlanır. Bəzən su damcıları donur və bərk halda Yer səthinə düşür – bu, dolu adlanır.

 

Soyuq havada yağıntı qar halında düşür. Qar dənəcikləri altıbucaqlı, lakin təkrarlanmayan, fərqli görünüşə malikdir.

 

Qar, yağış və dolunu birləşdirən mühüm bir cəhət - onların buluddan tökülməsidir. Lakin buluddan tökülməyən, birbaşa havadan çökən yağıntılar da ola bilər. Şeh, qırov belə yağıntı növünə aiddir. Atmosfer yağıntılarının miqdarı mm-lə ifadə olunur. Dünyanın müxtəlif ərazilərində onların miqdarı fərqlidir.

 

İqlim xəritələrində yağıntıların miqdarı rənglərlə təsvir olunur. Rənglərin tündlüyü yağıntının miqdarının artmasını göstərir.

 

Atmosfer yağıntıları Yer kürəsində bitki örtüyü və heyvanat aləminin yayılmasında mühüm rol oynayır. Yağıntıların miqdarının az olduğu ərazilərdə bitki örtüyü zəif, çox olduğu yerlərdə isə daha rəngarəng olur. Heyvanlar aləmi isə bilavasitə bitkilərdən asılı olaraq yayılmışdır.