YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Amazon

Amazon Cənubi Amerikada ən çoxsulu çaydır. Onun uzunluğu 6516 km-dir və uzunluğuna görə Nildən sonar ikinci yeri tutur. Suyun çoxluğuna görə isə dünyanın ən çoxsulu çayıdır. Amazon Perudan axmağa başlayır və Braziliyanı keçərək Atlantik Okeanına tökülür. Amazonun demek olar ki, çox böyük hövzəsi var. Bu hövzə sıx tropick meşə və cəngəlliklərlə örtülüb. Burada elə cəngəlliklər var ki, ora hələ insan ayağı dəyməyib. 1540-cı ilə bir ispan tədqiqatçısı Amazonun sahillərində hindu qadın döyüşçülərinə rast gəlir və çayı yunan əfsanələrindən olan məşhur qadın döyüşçülərin-amazonların şərəfinə adlandırır.


Amazon çayında müxtəlif ölçülü adalar var. Dünyanın ən böyük çay adası - Marajo (sah. 48 min km2) burada yerləşir. Çayın daşıdığı Mississippi, Nil, və Yantszı çaylarının daşıdıqları suların ümumi həcmindən çoxdur.


Rütubətli ekvatorial meşələrlə örtülü və çox yeri bataqlıq olan geniş ovalıqdan (əsasən, Amazon ovalığından) axıb Atlantik okeanına tökülür. Sahili alçaq, üçpilləlidir. Böyük daşqınlar zamanı suyun səviyyəsi ikinci pilləyə qədər qalxır. Yuxarı axınında (Ukayali çayı ilə birləşdikdən sonra) eni təqribən 2 km, orta axınında 5 km-ədək, aşağı axınında 20 km-ədək, mənsəbi yaxınlığında 80–150 km-dir; orta axınında dərinliyi təqribən 70 m, Obidus şəhəri yaxınlığında 135 m-ədək, mənsəbində 15–45 m-dir.