YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Avtomobil

“Avtomobil” sözü autos (yun. “özü”, “müstəqil”) və mobile (lat. “hərəkət edən”) sözlərinin birləşməsindən yaranıb. 
 
 
XVII əsrdə buxar mühərriki ixtira edildi. Bu mühərrik buxarın yaratdığı təzyiq hesabına işləyirdi: qazanda su qaynadılır, bu zaman yaranan güclü buxar mühərrikə ötürülürdü və beləliklə, mexanizm hərəkətə gəlirdi.
 
 
Bu ixtiradan sonra arabaya at əvəzinə buxar maşını qoşmağı qərara aldılar. Bu arabanı “lokomobil” (yerdə hərəkət edən araba) adlandırdılar.
 
 
İngiltərədə buxar maşınını örtülü arabaya qoşaraq sərnişin daşımağa başladılar. 
 
 
İxtiraçılar daha yüngül və rahat mühərrik yaratmaq haqqında düşünürdülər. İlk belə yüngül mühərriki belçikalı mühəndis Lenuar düzəltdi. Onun yaratdığı mühərrikdə silindrin içərisindəki porşen yanan qazın yaratdığı təzyiq nəticəsində hərəkət edirdi. Lenuar bu mühərriki “daxiliyanma mühərriki” adlandırdı.
 
 
Lakin “atsız araba” ixtiraçıları kimi tarixin yaddaşında başqa adlar qalmışdır: Karl Bens ilə Qotlib Daymler. Onlar ixtiraçıya vacib olan hər şeyi etdilər: ixtiranın ideyasını fikirləşib tapdılar, onun ilk nümunəsini yaratdılar, ixtiranı patentləşdirdilər və onu istehsalata tətbiq etdilər.

 

 
Alman mexaniki Karl Bens XIX əsrin 80-ci illərində benzinlə işləyən daxiliyanma mühərrikini ixtira etmişdi. Bens bu mühərriki üçtəkərli bir karetə bərkitdi. Beləliklə, 1885-ci ildə saatda 16 km sürətlə hərəkət edən avtomobil sınaqdan keçirildi.
 
 
Həmin ildə alman mühəndisi Qotlib Daymler də benzinlə işləyən, yüngül və sürətli bir mühərrik ixtira etdi. Bu mühərrik taxta bir velosiped üzərinə qoyuldu və nəticədə ilk motosikl ixtira olundu. 1889-cu ildə Daymler ilk dördtəkərli avtomobili düzəltdi. Bu avtomobilin təkərləri xüsusi mexanizm ilə hərəkətə gətirilirdi.
 
 
Daymler “Daymler motor kompani” şirkətini yaratdı. Bu şirkətin buraxdığı avtomobillər “Mersedes” adlandırıldı.
 
 
Emil Yellinek adlı bir avtomobil həvəskarı “Daymler” maşınında ilk avtomobil yarışında qalib gəldi. Bundan sonra o, “Daymler” zavoduna 36 ədəd avtomobil sifariş etdi. Razılaşmaya əsasən, zavodun buraxdığı avtomobillərə “Mersedes” adı verildi. Mersedes Emil Yellinekin qızı idi. O zaman Mersedesin 10 yaşı var idi.
 
 
Sonralar Daymlerin şirkəti Bensin şirkəti ilə birləşdi. Məşhur “Mersedes-Bens” avtomobil şirkəti belə yarandı.
 
 
XX əsrin əvvəllərində avtomobillər çox baha idi. ABŞ-ın Miçiqan ştatında, fermer ailəsində dünyaya göz açmış Henri Ford başa düşürdü ki,avtomobilin qiymətini ucuzlaşdırmaqla ona olan tələbatı kəskin şəkildə artırmaq mümkündür. 1903-cü ildə o, “Ford motor” adlı şirkət təsis etdi. Ford ilk dəfə olaraq avtomobillərin düzəldilməsində konveyer üsulunu tətbiq etdi. Beləliklə, “Ford” avtomobilinin kütləvi istehsalına başlanıldı. Ford öz zavodunda hər gün 1000 ədəd avtomobilin yığılmasına nail oldu.
 
 
Bir neçə ildən sonra Bakı yollarında görünən ilk avtomobil də “Ford” oldu. Onu şəhərə neft milyonçusu Hacı Zeynalabdin Tağıyev gətizdirmişdi.