YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Andorra

Andorra Fransa ilə İspaniya arasında dağlarla əhatələnmiş ərazidə yerləşən kiçik bir dövlətdir. Bask dilində Andorra “dərəli-təpəli” “kol-koslu” deməkdir. 1278-ci ildən 1993-cü ilə kimi Andorranı Fransanın prezidenti (əvvəllər isə fransız Fua qraf sülaləsi) və İspan Urxel yepiskopu birgə idarə ediblər. 1993-cü ildən Andorrada yerli hökumət seçilib. Andorra Pireney dağları ilə əhatə olunub və ölkənin rəngarəng təbiətinə və mənzərəsinə görə əsas gəliri turizmdən əldə edilir.


Andorranın yaranması tarixi haqda ilk məlumatlar 805-ci ilə istinad edir.Orta əsrlərdə əvvəl mavrlardan,sonra isə ispan və fransız feodallarından öz müstəqilliyini qoruyan çoban qəbilələri burada yaşamışlar.Bu ərazidə ağalıq üstündə ispan və fransız feodalların rəqabəti yüz illərlə davam etmişdir.