YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Aparteid

Cənubi Afrika Respublikasındakı (CAR) idarəçilik rejimi aparteid adlandırılırdı. Bu zaman hakimiyyətdə ancaq ağ əhalinin nümayəndələri olurdular, ağ və qaradərili insanlar üçün qanunlar fərqlənirdi. “Aparteid” sözü  “ayırmaq” deməkdir. 1940-cı illərin sonunda Cənubu Afrika Respublikasının hökuməti bir neçə qanun qəbul etməklə, aparteid rejimini rəsmi dövlət siyasətinə çevirdi. 


Aparteid qanunları ağ və qaradərililəri ayırırdı, buna görə də ağ adamların həyat səviyyəsi yerdə qalan əhalinin həyat səviyyəsindən qat-qat yüksək idi. 1991-ci ildə CAR hökuməti aparteidin əsas qanunların çoxunu ləğv etdi. 1994-cü ildə CAR-da ilk azad seçkilər keçirildi. Seçkilərdə qaradərililərin partiyası- Afrika Milli Konqresi qalib gəldi və  Nelson Mandela prezident seçildi.