YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

İnnab

İnnabın əsl vətəni Çindir. Hələ çox qədimdən yunanlar onu Şərqə, Qərbi Asiyaya və Afrikaya gətiriblər. Hazırda Orta Asiyada, Krımda, Azərbaycanda da yetişdirilir. Meyvəsi xırda olur. İrimeyvəli sortlar Çindən Azərbaycana gətirilib və yayılıb. İnnab ağacı quraqlıq yerləri sevir. 3-4 illik innab ağacları bar verməyə başlayır. 6-8 metr hündürlüyü olan bu ağacın budaqları tikanlı, gövdəsi əyri-üyrüdür. Sıx yarpaqları budaqlardan aşağı saçaq kimi sallanır, bu isə ağaca xüsusi gözəllik verir. Lələkşəkilli yarpaqları hamar, parlaq və qayış kimidir. Yaz şaxtaları qurtarandan sonra çiçək açmağa başlayır. Ulduzşəkilli xırda, qızılı-sarı çiçəkləri olur. Payız gələnədək meyvəsi yetişir. Qırmızı-qəhvəyi rəngli parlaq şirin meyvələri olur. 


Azərbaycanda innab sentyabrın ortalarında qızarır, şirinləşir, yumşalır, turşluğu azalır və yetişir. Yığılmış meyvələri qurudulur və sonra yeyilir. Analarınız, nənələriniz innabı saxlayıb onu xonçalara yığırlar.


İnnab ağacı 200-300 il yaşayır. Meyvəsində 30-72 faiz şəkər, C vitamini var. Büzüşdükdə (quruduqda) meyvəsi daha dadlı olur. Ondan şərbət də hazırlayırlar. Süddə bişirilmiş innab öskürəyi yumşaldır. Çox gözəl rəngli, bərk oduncağından mebel hazırlanır. Orta Asiya Respublikalarında, Azərbaycanda becərilir.