YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Zağca

Bir dəfə meşədə yeni bir zərərverici meydana çıxdı. Bu, şam ipəksarıyanın tırtılı idi. Ağacları təhlükə gözləyirdi. Təcili olaraq xüsusi briqada çağırıldı. Lakin adamlar gələndə gördülər ki, meşədə artıq heç bir tırtıl yoxdur. Ancaq ağacdan-ağaca qara quşlar – zağcalar uçuşurdular. Onlar adamlardan qabaq bütün tırtılları məhv etmişdilər. 
Zağcalar çox faydalı quşlardır. Onlar çox zaman zərərvericiləri kütləvi çoxalmağa başladıqları vaxtda məhv edirlər. Şıqqıldaq böcəklərin sürfələrini məhv etməklə zağcalar xüsusilə böyük xeyir verirlər. Yazda tarlaya getsəniz, o zaman görərsiniz ki, şumlanmış torpaqda zağcalar gəzir və cücüləri çıxarıb yeyirlər. 


Zağca çox acgöz quşdur. Doymaq üçün o, həm çoxlu cücü, həm də onların sürfələrini yeyir. Bala çıxardıqları dövrdə onlar daha da çox “işləməli” olurlar. Zağcalar böyük dəstələrlə ağaclarda yuva qururlar. İndi görün, bir neçə yüz quşdan ibarət dəstə nə qədər zərərvericini məhv edə bilər. Düzdür, zağcalar buğdanın, qarğıdalının, günəbaxanın təzə çıxmış cücərtilərini də çıxarıb yeyirlər. Bu dövrdə tarlada quşları qovmaq lazımdır. Ancaq onları öldürmək olmaz. Çünki zağcaların insanlara verdiyi xeyir onların vurduğu zərərdən daha çoxdur.