YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Nar

Gülöyşə, Balamürsəl, Vələs, Qırmızıqabıq, Nazikqabıq... Söhbətin nədən getdiyini yəqin ki, bildiniz. Bunlar Azərbaycanın məşhur nar sortlarıdır. Ata-babalarımız gözəl, min dərdin dərmanı olan narın dənələrini yaquta bənzədiblər. Həqiqətən də belədir. Nar həm meyvə kolu, həm də gözəl çiçəkləri olan dekorativ bitki kimi həyətlərdə, bağlarda, xiyabanlarda əkilir. Respublikamızda hətta böyük narçılıq təsərrüfatları var. İndi yediyimiz gözəl narlar vaxtilə yerli cır sortlardan seçilərək yetişdirilib. Narın dadlı meyvələri bu bitkinin geniş yayılmasına səbəb olmuşdur. 


Qədimdə finikiyalılar narı Şərq ölkələrindən Şimali Afrikaya və Aralıq dənizi sahillərinə gətirib yetişdirmişlər. Yabanı halda Orta Asiyada, Qafqazda, İranda, Əfqanıstanda və Kiçik Asiyanın dağlıq rayonlarında yayılmışdır. Bir faktı da sizə xatırladaq ki, qədim zamanlarda Azərbaycanda nar kolu müqəddəs sayılıb. Hətta belə bir rəvayət də var ki, padşahların tacının quruluşu narın kasacığına bənzədilib. 


Narın çiçəyi al-qırmızı, başı isə beşguşəli ulduz (tacabənzər) kimidir. Yarpaqları parlaq, lansetvarıdır. Ağacı 2-4 metr hündürlükdə olur. Meyvəsi yumru, üzəri qalın qırmızı, ağ və yaşılımtıl qabıqla örtülüdür. Çəkisi 300-600 qramadək olur. Meyvəsinin içərisindəki dənələri 9 yuvacıqda yerləşir. Hər yuvacıq bir-birindən pərdə ilə ayrılır. Ağ, çəhrayı, qırmızı və tünd-qırmızı lətli dənələri turş, şirin və meyxoş olur. May ayından avqusta qədər çiçək açır, sentyabrdan noyabradək meyvə verir. Meyvələri müxtəlif vaxtda yetişdiyi üçün müxtəlif vaxtda da yığılır. Quraqlığa davamlıdır. Şirin nar uzun müddət qala bilir. 


Nar bir çox xəstəliklərin dərmanıdır. Həlimindən və şirəsində mədə-bağırsaq pozulmalarını, böyrək və mədə ağrılarını müalicə etmək üçün istifadə olunur. Nardan “narrub”, “narşərab” hazırlayırlar. Nar şirəsi bir sıra xəstəliklərin dərmanıdır. Hələ qədim hind mənbələrində nar şirəsinin müalicə məqsədilə işlədilməsi haqqında məlumat var.