YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Kağız

Meşədəki canlı, hündür ağaclardan kitab, dəftər, süd torbaları, rəngbərəng divar kağızları alındığını bilirsinizmi?


Hələ II əsrdə insanlar kağızdan istifadə etməyi öyrənmişlər. Kağız ilk dəfə Çində ixtira olunub; onu hazırlamaq üsulunu isə çinlilər başqa xalqlardan uzun müddət gizli saxlamışlar. Assuriyalılar yazını gil lövhələr üzərinə ağac çubuqlarla yazırdılar. Qədim misirlilər öz heroqliflərini papirus adlanan materiala çəkirdilər. Bu məqsədlə onlar bataqlıq bitkisi olan papirusdan uzununa ensiz zolaqlar kəsir, sonra həmin zolaqları bir-birinin üzərinə qoyub bərk sıxırdılar. Quruduqdan sonra çox nazik vərəqlər – papirus alınırdı. Avropada orta əsrlərdə əlyazmalar üçün perqamentlərdən – xüsusi aşılanmış dana dərilərindən, qədim Rusiyada isə yazı materialı kimi tozağacının nazik qabığından istifadə ediblər. 


Avropada ilk dəfə kağız yalnız X əsrdə meydana gəlib. Bunun üçün cır-cındırı narın döyür, onu bişirir, sonra da alınan kütlədən kağız düzəldirdilər. Lakin elə ki, hər yerdə qəzet, kitab, məktəblilər üçün dərslik nəşrinə başlandı, dəftər hazırlamaq lazım gəldi. O zaman insanlar ağac oduncağından kağız düzəltməyi öyrəndilər. 


Kağız necə hazırlanır? 


Meşədə kəsilmiş ağaclardan əvvəlcə odun doğrayır, yonqarlara ayırır, sonra oduncağı yumşaq lifli kütləyə çevrilənədək xırdalayırlar. Bu kütlə kağız olanadək, xeyli müxtəlif əməliyyatdan keçir. Sonra avtomat-kağızdüzəldən maşına növbə çatır. Maşından keçən nəm, yumşaq kağız kütləsi bir dəqiqə ərzində sıx, səthi hamar ağ kağıza çevrilir. Bu bir dəqiqə ərzində kağız kütləsi xırda deşikləri olan tor üzərinə tökülür, onda qalmış su torun çox xırda deşiklərindən süzülüb axır. Sonra kağız kütləsini bərk sıxır (presləyir), qızdırılmış ağır barabanlarla ütülədikdən sonra nəhəng rulonlara dolayırlar. Kağız hazır olur. Təkcə həmin rulonlardan lazımi ölçülərdə kağız kəsib, kitab çapına başlamaq qalır. Qəzetlər isə sürətli maşınlarda birbaşa kağız lent üzərində çap olunur. Sonradan həmin kağız lentdən ayrı-ayrı qəzet nüsxələrini kəsib ayırırlar. Kağız təkcə kitab və qəzet üçün lazım olmur. Ondan zərflər, divar kağızları, karton, dondurma stəkanları, iplər, hətta maşınlar üçün dişli çarxlar da düzəldirlər.