YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Leylək

Yəqin ki, hamınız onun haqqında nağıl da eşitmişiniz, mahnı da, şeir də. Bu böyük ağ quş kəndlərin yaxınlığında çəmənlikdə gəzişir, bəzən yuvasını lap kənd evlərinin damında qurur. Çox faydalı quşdur. Bu quşa hacıleylək də deyirlər. Bir çox ölkələrdə, o cümlədən Azərbaycanda da müqəddəs quş hesab edilir.


Leyləklər insanlarla çoxdan dostlaşıblar, onlardan qorxmurlar. İnsanlar isə bu dostluğu yüksək qiymətləndirir və səbirsizliklə gözləyirlər ki, leylək onların da damında yuva qursun. Axı belə bir inam var ki, bu gözəl quşlar ev sahiblərinə xoşbəxtlik gətirir. Əgər leylək bir evin damında yuva qurubsa, hər bahar öz köhnə yuvasına qayıdacaq. Yenə də yuvada uzunqıç leylək balaları bütün günü öz ata-analarının ovdan qayıtmasını gözləyəcəklər. Ata-ana isə növbə ilə öz balalarına yem daşıyacaq. Axı balalar hələ uça bilmirlər, onlar valideynlərinin gətirdikləri qurbağaları, siçanları, kərtənkələləri və başqa cücüləri yeyirlər. Aprelin əvvəlində leyləklər 3-5 ağ yumurta qoyur. Yumurtadan çıxan balalar payıza qədər böyüyüb qüvvətli quşlara çevriləcək və isti yerlərə uçub gedəcəklər. İnsanlar isə yenə də hər bahar öz vəfalı dostlarını gözləyəcəklər. 


Leyləklər sakit və ehtiyatla tərpənən quşlardır. Onlar bir-biri ilə dimdiklərini şaqqıldatmaqla “danışırlar”. Ağ leyləklərin yaxın qohumları olan qara leyləklər yalnız sıx meşələrdə yaşayırlar. Sayları azdır. Qara leyləklər mühafizə edilir. Onların adları “Qırmızı Kitab”a salınıb.