YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Kaktus

Kaktusların vətəni Meksikadır. Qədim hindlilər onları müqəddəs sayıblar. Kaktuslar quraq iqlimə yaxşı uyğunlaşıblar. Yarpaqları tikanlara, tükcüklərə, qılçıqlara çevrilib gövdəni sıx örtür. Ona görə də bitki, hətta çox isti havalarda belə gövdədə rütubəti saxlayır və həmişə şirəli qalır. Kaktusların bəzisi özündə 3 min litrə qədər su saxlayır. Onlar səhralarda rütubətin yeganə qoruyucusudur və səyyahları susuzluqdan xilas edir. Kaktusun tikanları böyük heyvanlardan qorunmaq üçün də lazım olur. 


Kaktuslar çox müxtəlif olur: ağacvarı, kolvarı və lianavarı. Bəziləri tikanlı kirpiyə, bəziləri kuduya, bəziləri isə kələ-kötür şama oxşayır. Ən xırdaları 1 santimetrə, ən nəhəngləri isə 25 metrə çatır. Xırdalarının çəkisi bir neçə qram, nəhəngləri bir tona qədərdir. Kaktusun çiçəkləri də müxtəlifdir. Meksikalılar çiyələk kaktusunun meyvələrindən marmelad hazırlayırlar. Bəzi kaktusların gövdəsi bişirilir və ya qızardılır, meyvəsinin şirəsi içilir, meyvəsi tikanlardan təmizlənib yem kimi heyvanlara verilir. Böyük kaktusların oduncağından tikinti materialı kimi istifadə edilir, ondan mebel, bəzək əşyaları, oyuncaq hazırlanır. Kaktuslar Avropaya Kolumbun Amerikaya birinci səyahətindən sonra, Rusiyaya isə Birinci Pyotrun göstərişi ilə gətirilib. Bizim ölkədə kaktuslar botanika bağlarında, bəzi parklarda, həvəskarların kolleksiyasında var. 


Bütün ölkələrdə, o cümlədən Azərbaycanda da kaktusların bir çox növü dekorativ bitki kimi ev və oranjereyalarda becərilir. Toxum, çilik və calaqla çoxaldılır.