YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

İnək

İnək cütdırnaqlı qaramaldır. İnəyin südündən yağ, pendir, şor, qatıq, xama, süzmə, kəsmik və s. məhsullar hazırlanır. İnək südü körpələr üçün ana südünü də əvəz edə bilir. İnək xeyirli ev heyvanıdır. Onun əcdadı vəhşi öküzlər olub. Sonralar insanlar onları əhliləşdirmiş, ev heyvanı olan inək də ondan törəmişdir. 


Qədim köçəri tayfalar inək və öküz sürüsünü ətinə və dərisinə görə artırırdılar. Əkinçiliyin inkişafı ilə əlaqədar insanlar güclü heyvanlardan torpağı şumlamaq üçün xışa, kotana qoşmaq, yük daşımaq üçün istifadə ediblər. İnəyin və öküzün əhəmiyyəti qədim insanlar üçün o qədər böyük idi ki, hətta bir çox xalqlar indi də onları ilahiləşdirir və onlara pərəstiş edirlər. İnsanlar hələ 2800 il bundan əvvəl inək sağıb süd əldə etməyi bacarırdılar. Bəs, bilirsinizmi inək bir gündə nə qədər süd verir? 20 litr, bəzən daha da çox. Bir gündə iki vedrə süd! Rekordçu Yaroslavl inəklərindən gündə hətta 80 litrdən artıq süd sağırlar. Müxtəlif cins inəklər var. Çox vaxt onlar cinsin yetişdirildiyi yerin adı ilə adlanır. Hər cinsin özünün üstünlüyü və nöqsanları var. Bəzi inəklərin südü çoxdur, lakin yağsızdır, başqalarının südü isə az, ancaq yağlıdır. Alimlər həm çoxlu süd verən, həm də yağlılığı kifayət qədər olan, irsiyyətcə yüksək məhsuldar inək cinsləri yetişdirməyə çalışırlar. İnəyin çox süd verməsi üçün onlara düzgün qulluq etmək, əsasən, yaxşı yemləmək, döşəməsini təmizləmək və s. lazımdır.