YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

İynəyarpaqlı ağaclar

Şam, küknar, ağ şam, qara şam, sidr, ardıc – bunlar ölkəmizdə bitən iynəyarpaqlı ağaclardır. Bu ağaclar (hər il iynəyarpağını dəyişən qara şamdan başqa) həmişəyaşıl ağaclar da adlanır. Əlbəttə, bu dediyimiz tam düzgün deyil. Bütün iynəyarpaqlı ağaclar öz iynələrini dəyişir, ancaq birdən-birə yox, tədricən. Buna görə də bizə elə gəlir ki, şam, küknar, ağ şam, ardıc heç vaxt öz “donunu dəyişmir”. Şamın iynələri iki-üç il budaqda qaldıqdan sonra tökülür və onların yerində təzələri çıxır. Küknarın iynələri budaqda beş-yeddi il, bəzən də doqquz il, ardıcın iynələri isə dörd il qalır. İynəyarpaqlı ağaclar hər il yazda “çiçəkləyir”. Xüsusilə şam ağacı gur çiçək açır və çoxlu sarı tozcuqlarını ətrafa səpələyir. Belə vaxtlarda şam meşəsində əsl “tozcuq yağışı” yağır. Şamın tozcuqları gölün səthinə töküldükdə isə sakit havada su sarı rəng alır. İynəyarpaqlı ağaclar “çiçəklədikdən” sonra meyvələr – qozalar əmələ gəlir. Bu qozaların bərk pulcuqları altında toxum yetişir. Küknar toxumları elə həmin il, payızın sonunda, şam qozaları isə “çiçəklənmənin” sonrakı ili yetişir. 


Toxum yetişdikdə qozalar açılır, toxumlar dağılır və külək onları ətrafa səpələyir. Beləliklə, təbiət özü meşənin bərpa olunmasına, ağacların artmasına kömək edir. İynəyarpaqlı ağacların toxumları bir sıra quş və heyvanların sevimli qidasıdır. Buna görə də küknar, şam, qara şam toxumları və Sibir sidri ağacının qozaları yaxşı məhsul verdikdə iynəyarpaqlı meşələrdə çoxlu quş, sincab və siçan olur. 
İynəyarpaqlı ağaclar tikintidə və sənayedə istifadə olunmaq üçün qiymətli material və xammaldır.