YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Kombayn

“Kombayn” sözü birləşmə, kombinasiya deməkdir. Kombayn elə maşındır ki, onda birləşdirilmiş və kombinə edilmiş müxtəlif maşın və mexanizmlər əlbir işləyir.


Bu maşınların “ağsaqqalı” taxılyığan kombayndır. Onda bir neçə müxtəlif mexanizm birləşdirilib. Birincisi taxılbiçən maşındır – tarladakı taxılı biçir. İkincisi taxıldöyəndir – biçilmiş taxılı döyür. Üçüncüsü taxılsovurandır – taxılı təmizləyir. Dördüncüsü transportyordur – taxılı mexanizmdən-mexanizmə daşıyır və kombayna yan almış yük maşınının kuzovuna yükləyir. Beşinci mexanizm samanı qotmanlayır. Altıncısı isə taxılyığan kombaynın bütün mexanizmlərini hərəkətə gətirir.


Məhsulyığan kombaynların ailəsi böyükdür. Biri kətan yığır, o biri pambıq, üçüncüsü kartof. Şaxtada kömürü mədən kombaynı vasitəsilə çıxarırlar. Torfu doğrayıb yığan kombayna isə torf kombaynı deyilir. Hətta aşpazlar da kiçik mətbəx kombaynında tərəvəzi yuyur, təmizləyir, doğrayır, meyvə şirəsi çəkir və qəhvə üyüdürlər. 


Bütün kombaynlarda mexanizmlərdən biri işə başlayır, ikincisi davam etdirir, üçüncüsü isə onu başa çatdırır. İş fasiləsiz görülür, onu yükləməyə və boşaltmağa artıq vaxt sərf olunmur. Buna görə də ayrı-ayrı maşınlarla müqayisədə kombayn daha tez və məhsuldar işləyir, çoxlu adamın əməyini əvəz edir. Kombayn çox qiymətli və faydalı maşındır.