YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Göyərçin

Quş südü varmı? Təəccüblənib deyəcəksiniz: əlbəttə, yox. Quşun da südü olar? Amma bilin ki, quşun südü var. Məsələn, göyərçinlər bala çıxaranda onların çinədanlarında qatı südə, yaxud kəsmiyə oxşar bir kütlə toplanır. Bu “südlə” onlar öz balalarını yedizdirirlər. 


Lakin göyərçinlər başqa xüsusiyyətlərinə görə məşhurlaşıblar. Onlar yolu düz tapır və çox-çox uzaqlardan, hətta 500 kilometr məsafədən qayıda bilirlər. 


Poçt göyərçinləri insanlara yüz illərlə xidmət etmişlər. İndi göyərçin poçtu öz əhəmiyyətini itirib. İkinci Dünya müharibəsi illərində də göyərçinlərdən hərbi məlumatları çatdırmaq məqsədilə istifadə edilib. Yaponiyada gecə uça bilən göyərçin növü də yetişdirilmişdi. Axı, qaranlıqda nə düşmən bu hava poçtalyonunu görə, nə də yırtıcı quşlar ona hücum edə bilməzdi.


Poçt göyərçinlərini, dekorativ göyərçinləri və ətlik göyərçinləri insanlar süni yolla yetişdiriblər. Bunlar ev quşlarıdır. Lakin təbiətdə çöl göyərçinləri də az deyil. Meşələrimizdə alabaxta, qumru və meşə göyərçininə rast gəlmək olar. Bunlar da göyərçindirlər. Bu quşlar rənglərinə, ölçülərinə görə bir-birindən fərqlənsələr də, orqanizmlərinin quruluşu və həyat tərzlərində oxşar cəhətlər çoxdur. Onlar hamısı öz balalarına “quş südü” yedizdirir, hamısı dənyeyəndir, hamısı yaxşı uçur, həm də yerdə gəzirlər.


Əziz uşaqlar, Beynəlxalq idman yarışlarının, festivalların emblemlərində ağ göyərçin rənginə tez-tez rast gəlmək olar. Ağ rəng təmizlik, aydınlıq, heç bir canlıya zərər gətirməyən göyərçin isə sülh rəmzi hesab olunur. Məşhur fransız rəssamı Pablo Pikassonun çəkdiyi “Sülh göyərçini” əsəri dünyada sülhün rəmzi kimi məşhurlaşıb.