YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Zirehlilər

Dəri əvəzinə buynuz təbəqəsi ilə örtülü olan bu kisəli heyvanlara armadillər də deyirlər. Argentinanın kəndlərində uşaqların şarabənzər bərk bir şeylə oynadığını tez-tez görmək olar. Elə ki, şar onların zəhləsini tökür, onu kənara atırlar. Bir azdan bu şar hərəkətə gəlir. O, əvvəlcə uzanır, sonra uzun nazik üzlü bir baş irəli çıxır, daha sonra möhkəm dırnaqları olan qısa ayaqlar və nəhayət, quyruq görünür. Şar təxminən bir metr uzunu olan gülməli, yöndəmsiz bir heyvana çevrilir. Bu heyvanın adı armadildir. O, Cənubi və Mərkəzi Amerikanın çölləri, səhraları və savannalarında yaşayır. Armadilin bədəni möhkəm buynuz təbəqəsi ilə qat-qat örtülüdür. Bu təbəqə onun bədənini zireh kimi qoruyur. Zirehlilər adı da buradandır. Armadil təhlükə hiss edərkən nə qaçır, nə dişlərini işə salır, nə də dırnaqlarını. Axı o, çox astatərpənəndir, dişləri zəif, dırnaqları isə yalnız yer qazımağa yarayır. Bu heyvan yumaq kimi yığılır, hər tərəfdən yaxşı qorunan bərk bir şara çevrilir. Bəzən də o, yeri tez qazıyıb torpağın içində gizlənir. Təhlükə sovuşandan sonra heyvan yenə də açılır, torpaqdan çıxır və yavaş-yavaş özünə yem axtarmağa başlayır. Bədənini uzunluğu (quyruqsuz) bir metrədək olan armadil bütün gecəni gəzib kiçik heyvanları, cücüləri, soxulcanları, molyuskları (ilbizləri), bitkilərin kökünü yeyir. Günəş çıxanda isə o, öz “sığınacağına” çəkilir və axşamadək yatır. Zirehlilərin görmə qabiliyyəti pis olduğundan onlar rəngləri seçə bilmirlər. Armadil insanlara tez alışır.