YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Lianalar

Siz yəqin ki, gövdəsini sərbəst şəkildə dik saxlaya bilməyən bitkilər haqqında eşitmiş, hətta onları görmüsünüz. Onlar, əsasən, meşələrin günəşli sahələrində bitir. Bu bitkilər ağac tipli sarmaşan və dırmaşan bitkilərdir. Onların adı lianalardır.


Lianalar, əsasən, tropik meşələrin xarakterik bitkiləridir. Onlar çox tez böyüyür və ən uca ağacların yuxarısına asanlıqla dırmaşır. Lianaların zoğları ağacdan-ağaca uzanaraq onlarca ağacı əhatə edir. Aşağıdan liananın yoğun gövdəsi görünür, yarpaqlar isə yuxarıda ağacların budaqları arasında gizlənir. Ağaclar üçün ən təhlükəli boğucu lianalardır. Belə lianalar ağaca sıx sarınaraq onları inkişafdan saxlayır.


Azərbaycanda lianalardan daşsarmaşığı, meşə doqquzdonu çox bitir. Balakən, Zaqatala, Qax və Lənkəranda daşsarmaşığı geniş yayılıb. Lianaların içərisində ən maraqlısı aktinidiyadır. Aktinidiyanın nazik gövdəsini açıb dartsaq, onun uzunluğu 25 metrə çatar. Aktinidiyanın gözəl meyvələri olur. Onlar formasına görə kiçik xiyara oxşayır. Aktinidiyanın meyvələri C vitamini ilə zəngindir. Lianalar dekorativ bitkilərdir.